Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də, ehtiyac yaranacağı təqdirdə ikinci tur mayın 28-də keçiriləcək.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, müvafiq qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Türkiyə lideri açıqlamasında Ali Seçki Komissiyasının iki aylıq seçki təqvimini hazırlayacağını və mayın 14-də türkiyəlilərin prezidenti və millət vəkillərini seçə biləcəyini deyib. O, seçkilərin vaxtının təxminən bir ay əvvələ çəkilməsinin səbəblərini izah edərkən deyib ki, iyunun 18-i ali məktəb imtahanlarının qızğın çağına təsadüf edir. Eyni zamanda, həmin vaxt yüz minlərlə vətəndaşımız həcc ziyarəti üçün müqəddəs torpaqlara gedir.
Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasından deputatlığa namizədlərin AFAD-a ianə etməsi barədə qərar qəbul olunduğunu bildirib. Dövlət başçısı, həmçinin Kahramanmaraş zəlzələsinin səbəb olduğu faciə ilə bağlı seçki kampaniyasını musiqisiz aparacaqlarını qeyd edib.