logo

Aİ Türkiyə və Suriyaya yardım üçün donorlar konfransı keçirəcək

16:13 10-03-2023 | icon 2996
Aİ Türkiyə və Suriyaya yardım üçün donorlar konfransı keçirəcək

Avropa İttifaqı zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya yardım üçün martın 20-də Beynəlxalq Donorlar Konfransı keçirəcək. Brüsseldə təşkil olunacaq bu konfransa Rusiya dəvət edilməyəcək.

YeniAvropa xəbər verir ki, Türkiyə hakimiyyəti ilə koordinasiya ediləcək konfransın həmsədrləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və İsveçin baş naziri Ulf Kristerssondur.

Tədbirə Avropa İttifaqı ölkələri, Aİ üzvlüyünə namizəd ölkələr, qonşu dövlətlər və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla "G20" qrupu, Körfəz ölkələri, həmçinin BMT, digər beynəlxalq və humanitar təşkilatlar, eləcə də beynəlxalq maliyyə qurumları dəvət olunacaq.