logo

NATO ölkələrinin XİN başçıları Brüsseldə toplanacaq

15:15 07-03-2023 | icon 2681
NATO ölkələrinin XİN başçıları Brüsseldə toplanacaq

Aprelin 4-5-də Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə NATO-nun Mətbuat Xidməti məlumat yayıb.

"Aprelin 4-5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində iclası keçiriləcək. İclasa baş katib Yens Stoltenberq sədrlik edəcək", - deyə məlumatda bildirilib.

Hələlik iclasın gündəliyi açıqlanmır.