logo

Ərdoğan Türkiyədə prezident seçkisinin vaxtını açıqladı

14:12 01-03-2023 | icon 2310
Ərdoğan Türkiyədə prezident seçkisinin vaxtını açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini təsdiqləyib.

 YeniAvropa xəbər verir ki, Türkiyə prezidenti müvafiq bəyanatı Böyük Millət Məclisində çıxışı zamanı səsləndirib.

“Bunu yaxşı bilin ki, bu millət mayın 14-də lazım olanı edəcək. Qüsurlarımızı demək, halallıq istəmək bizim səmimiyyətimizin, millətimizlə aramızdakı sevginin ifadəsidir”, - deyə Rəcəb Tayyib Ərdoğan müxalifətin onun və hökumətin ünvanına söylədiyi tənqidlərə cavab olaraq vurğulayıb.

Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra seçkilərin vaxtının dəyişdirilib-dəyişdirilməyəcəyi mövzusu gündəmə gəlmişdi.