Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,6 bal gücündə zəlzələ olub.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 12:04-də (Bakı vaxtı ilə 13:04) qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 6,96 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub.
Fevralın 6-da baş vermiş Kahramanmaraş zəlzələsindən sonra regionda yeraltı təkanlar səngimək bilmir. AFAD-ın məlumatına görə, indiyədək 10 minə yaxın afterşok meydana gəlib.