logo

Ukrayna prezidentini "G7" sammitinə dəvət olunacaq

20:50 20-02-2023 | icon 2870
Ukrayna prezidentini "G7" sammitinə dəvət olunacaq

Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Volodimir Zelenskini “Böyük yeddilərin”(G?) fevralın 24-də keçiriləcək online sammitinə dəvət edəcəyini bildirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Fumio Kişida hakim Liberal-Demokratik partiyanın iclasında çıxış edərkən deyib.

Bu il “Böyük yeddiliyə” sədrlik edən Yaponiyanın təşəbbüsü ilə cümə günü keçiriləcək sammitdə "G7" liderlərinin Rusiyaya qarşı vahid mövqe nümayiş etdirəcəyi gözlənilir. Zirvə görüşünün gedişində Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya liderləri və Avropa İttifaqı rəhbərliyi Ukraynaya dəstəyi davam etdirməyə hazır olduqlarını ifadə edəcək.

Yaponiyanın baş naziri sammit ərəfəsində Tokionun Ukraynada dağıdılmış infrastrukturun bərpasına 5,5 milyard dollar yardım ayıracağını da bildirib.