logo

Nəsimi rayonunda binada partlayış baş verib

17:11 20-02-2023 | icon 14371
Nəsimi rayonunda binada partlayış baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Mirəli Qaşqay küçəsindəki yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində, ilkin ehtimala görə, hamam otağındakı su qızdırıcısında yanğınla müşahidə edilməyən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı mənzilin hamam otağına ziyan dəyib, partlayış dalğasının təsirindən pəncərə və qapı çərçivəsi yerindən çıxıb, xəsarət alan olmayıb. Həmçinin partlayış nəticəsində binanın yaxınlığında dayanan bir ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.