logo

Ərdoğan Ankarada ABŞ-ın Dövlət katibini qıbul edib

14:54 20-02-2023 | icon 1925
Ərdoğan Ankarada ABŞ-ın Dövlət katibini qıbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-ın Dövlət katibi Entoni Blinkeni qəbul edib.

YeniAvropa Türkiyə mediasına istinadla xəbər verir ki, Esenboğa hava limanının fəxri zalında baş tutan görüş bağlı qapılar arxasında keçib.

Bu, ABŞ xarici siyasət idarəsinin başçısı Entoni Blinkenin Türkiyəyə ilk səfəridir. O, bir qədər əvvəl türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Görüş zamanı respublikada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması, İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətləri, Ukrayna münaqişəsi və ikitərəfli məsələlər müzakirə olunub.