logo

Bayden Ukraynaya səfərə gəlib

13:13 20-02-2023 | icon 2065
Bayden Ukraynaya səfərə gəlib

ABŞ prezidenti Co Bayden Kiyevə qabaqcadan elan edilməmiş səfər edib. Bu, Amerika liderinin bu postda Ukraynaya ilk səfəridir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ABŞ lideri prezident Volodimir Zelenski ilə birgə Ukrayna qəhrəmanlarının xatirəsini Mixaylovsk meydanında yad edib. Mərasim sirena sədaları altında keçib.

“Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz bütün ukraynalılar üçün dəstəyin çox mühüm ifadəsidir”,- deyə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Twitter" hesabında qeyd edib.