logo

ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edib

18:19 19-02-2023 | icon 2450
ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edib

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edib.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, onu nazir Mövlud Çavuşoğlu qarşılayıb.

Çavuşoğlu və Blinken daha sonra helikopterə minərək dəhşətli zəlzələnin zərər vurduğu Hatay şəhərinə yola düşüblər.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 40 min 689-a çatıb.