Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 828 min 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 124 nəfər müalicə olunaraq sağalıb, 10 min 103 nəfər vəfat edib. Aktiv xəstə sayı 125 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 764, bu günə qədər isə ümumilikdə 7 milyon 513 min 868 test icra olunub.