“Qazprom” hazırda yeni bazarlara çıxış axtarır və yaxın gələcəkdə yeni qaz kəməri layihələrinin icrasına başlamağı planlaşdırır.
YeniAvropa xəbər verir ki, bunu “Qazprom”un baş direktoru Aleksey Miller “Rossiya-1” telekanalına müsahibəsində deyib.
"Əlbəttə, biz yeni bazarlar haqqında düşünürük, çoxlu resursumuz var... Biz artıq çox yaxın gələcəkdə magistral qaz kəmərlərinin tikintisi üzrə yeni iri layihələrin icrasına başlayacağıq”, - deyə o, sözlərinə əlavə edib.
Onun sözlərinə görə, Asiya bazarı hazırda dünyada ən dinamik inkişaf edən bazardır. “İstehlak həcmi artır və biz bu bazarda Rusiya qazı üçün çox böyük perspektiv görürük”, - deyə A.Miller vurğulayıb.