logo

Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

16:32 17-02-2023 | icon 1988
Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 28 yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 90 nəfər müalicə olunaraq sağalıb, 10 min 102 nəfər vəfat edib. Aktiv xəstə sayı 128 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 932, bu günə qədər isə ümumilikdə 7 milyon 511 min 832 test icra olunub.