logo

İranda etirazların yeni dalğası

14:54 17-02-2023 | icon 1673
İranda etirazların yeni dalğası

Fevralın 16-da gecə saatlarında İranın paytaxtı Tehran və digər şəhərlərdə geniş etiraz aksiyaları keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Fevralın 17-də davam edən etiraz aksiyaları ötən ilin sentyabrında nümayişlərdə iştirak etmiş Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyninin edam edilməsinin 40-cı günü ilə əlaqədar təşkil edilib. Agentliyin xəbərində bildirilir ki, Tehranın bir neçə məhəlləsində, eləcə də Xuzistan əyalətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində gecə boyu davam edən nümayişlərdə İran rejiminin əleyhinə şüarlar səsləndirilib.

İranın şimal-şərqində yerləşən şiələrin müqəddəs Məşhəd şəhərində çəkildiyi iddia edilən onlayn videoda nümayişçilərin əllərində “Şəhid qardaşım, sənin qanının qisasını alacağıq” şüarları tutduqları bildirilir.