logo

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

19:49 16-02-2023 | icon 1820
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 292 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 71 nəfər müalicə olunaraq sağalıb, 10 min 101 nəfər vəfat edib. Aktiv xəstə sayı 120 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1480, bu günə qədər isə ümumilikdə 7 milyon 510 min 900 test icra olunub.