logo

Bakıda 5 avtobusun hərəkət sxemi dəyişdirildi

14:26 16-02-2023 | icon 938
Bakıda 5 avtobusun hərəkət sxemi dəyişdirildi

Fevralın 16-da Səbail rayonu, İstiqlaliyyət küçəsinin sol zolağında aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinə tətbiq edilən məhdudiyyətə uyğun olaraq 6, 10, 53, 77 və 205 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişikliklər edilərək fəaliyyəti alternativ küçələrlə təşkil edilib.

YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib.Qeyd edilib ki, 6, 10, 53, 205 nömrəli marşrutlar üzrə avtobuslar İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Ə.Cavad küçəsindən, 77 nömrəli marşrut üzrə avtobusların hərəkəti isə A.Şaiq, M.Əliyev, M.Muxtarov, Əhməd Cavad küçələrindən keçməklə daha sonra öz hərəkət sxemi üzrə təşkil edilib.