Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 36 min 187 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.
AFAD-ın məlumatına görə, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 4 minə yaxın afterşok qeydə alınıb.
Bu gün səhər saatlarında Malatyada 4,4 bal gücündə daha bir zəlzələ olduğu barədə məlumat yayılıb.