logo

Bakıda COVID-19-dan sonrakı dünyaya həsr olunmuş Sammit keçiriləcək

17:13 15-02-2023 | icon 896
Bakıda COVID-19-dan sonrakı dünyaya həsr olunmuş Sammit keçiriləcək

Qoşulmama Hərəkatı çərçivəsində Təmas Qrupu ölkələrinin iştirakı ilə gələn ay Bakıda COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammit keçiriləcək.

YeniAvropa xəbər verir ki, Azərbaycan koronavirusla bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyib və bir çox hallarda həmin təşəbbüslərin müəllifi olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşü keçirilib. Bu, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş ilk Zirvə görüşü idi. BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edən prezident İlham Əliyev bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.

Xatırladaq ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci il mayən mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.

Pandemiya ilə əlaqədar indiyə qədər Azərbaycan 80-dən çox ölkəyə tibbi, maliyyə və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Onun 5 milyonu pandemiya ilə bağlı tədbirlərə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardıma yönəldilib.