Gürcüstanın Kvemo Kartli bölgəsinin azərbaycanlılar yaşayan Dmanisi rayonunda iki dəfə zəlzələ baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, Dmanisi bələdiyyəsinin Məmişlər kəndində ard-arda iki zəlzələ qeydə alınıb. Episentri Məmişlər kəndinin ərazisi olan birinci zəlzələnin gücü 3,5 bal təşkil edib. İkinci zəlzələ isə 3,3 bal gücündə olub.
Əhali bir qədər təşviş içində olsa da, seysmoloqlar narahatlığa səbəb olmadığını bildirirlər.