Avropa İttifaqı İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi haqqında sənəd hazırlayır.
YeniAvropa “Euronews” kanalına istinadla bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib. O qeyd edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı təşkilatlara qarşı iqtisadi sanksiyalar tətbiq olunacaq.
Avropa Komissiyasının rəhbəri diqqətə çatdırıb ki, İran Rusiyaya yüzlərlə pilotsuz uçan aparat (PUA) verib ki, bunlar da Ukraynaya qarşı istifadə olunur.