logo

Baş Prokurorluqda müsabiqə qaliblərini mükafatlandırıb

10:50 15-02-2023 | icon 924
Baş Prokurorluqda müsabiqə qaliblərini mükafatlandırıb

Fevralın 15-də Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilir.

YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirib.

Kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks islahatların aparıldığını qeyd edən baş prokuror qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin gücləndirilməsi, istintaq və dövlət ittihamının müdafiəsi sahəsində səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb.