logo

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev azadlığa buraxılıb

13:33 14-02-2023 | icon 1876
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev azadlığa buraxılıb

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev həbsdən azad edilib.

YeniAvropa Qırğızıstan KİV-nə istinadla xəbər verir ki, bu məlumat sabiq prezidentin ailəsi tərəfindən təsdiqlənib.

Məhkəmənin yeni qərarı əsasında azadlığa buraxılan Almazbek Atambayevin hərəkət etməsinə qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.

2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edən Almazbek Atambayev 2019-cu il avqustun 8-də həbs edilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıqda, kütləvi ixtisasların və qətllərin təşkilində, korrupsiyada və digər cinayətlərdə ittiham olunan sabiq prezident 11 il həbs cəzasına məhkum olunmuşdu.