logo

Şəmkirdə uşaq xəstəxanasındakı qanunsuzluqlara dair cinayət işi məhkəməyə göndərilib

11:11 14-02-2023 | icon 1302
Şəmkirdə uşaq xəstəxanasındakı qanunsuzluqlara dair cinayət işi məhkəməyə göndərilib

“Şəmkir rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin tabeliyində olan Şəmkir rayon Uşaq Xəstəxanasının vəzifəli şəxsi Arif Hacıyevin qanunsuz əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, istintaq zamanı Arif Hacıyevin həmin Xəstəxananın Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək daun sindromu olmayan şəxslərə qanunsuz əlillik dərəcələrinin təyin edilməsi üçün rəsmi sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Arif Hacıyevə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəmkir rayon Məhkəməsinə göndərilib.