ABŞ səfirliyi Rusiyada terror təhlükəsi barədə xəbərdarlıq edib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi amerikalıları ölkəni dərhal tərk etməyə çağırıb.
Xəbərdarlığın mətnində qeyd edilir ki, ABŞ vətəndaşları Ukraynadakı münaqişənin “gözlənilməz nəticələrinə görə” Rusiyaya səfərlərdən çəkinməlidirlər. Rusiya Federasiyasında yaşayan və ya səyahət edən amerikalılar isə “saxlanma riski” səbəbindən dərhal ölkəni tərk etməlidirlər”.
Səfirlik bildirir ki, Rusiya tərəfi “ABŞ vətəndaşlarının ikili vətəndaşlığın tanınmasını inkar edə, onları konsulluq yardımından məhrum edə, səfərbər edə, ölkəni tərk etmələrinin qarşısını ala və/və ya hərbi xidmətə çağıra bilər”.
Ötən il sentyabrın 28-də də ABŞ səfirliyi analoji xəbərdarlıqla öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırmışdı.