logo

Ərdoğan zəlzələ bölgəsinə gedib

16:16 11-02-2023 | icon 1680
Ərdoğan zəlzələ bölgəsinə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən zəlzələ bölgəsinə gedib.

YeniAvropa xəbər verir ki, prezident bu gün Esenboğa hava limanından Diyarbakıra yola düşüb. Onun, həmçinin Şanlıurfaya da gedəcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğan fevralın 8-də Kahramanmaraş şəhər mərkəzində və Pazarcık rayonunda, Hatayda və Adanada olub. Növbəti gün Qaziantep, Kilis və Osmaniye vilayətlərinə səfər edən dövlət başçısı dünən Adıyaman və Malatyaya gedərək zəlzələ bölgəsində aparılan işlərlə maraqlanıb, çadır şəhərciklərində sakinlərlə görüşüb, mövcud problemlərin həllinə dair müvafiq qurumlara tapşırıqlar verib.