Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, Antalyadan millət vəkili Dəniz Baykal Ankarada 84 yaşında vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Dəniz Baykal 1938-ci ildə Antalyada doğulub. Müxtəlif dövrlərdə Türkiyənin maliyyə naziri, enerji və təbii sərvətlər naziri, xarici işlər naziri vəzifəsində çalışıb. 2000-ci ildən 2010-cu ilə qədər CHP-nin sədri olub.