logo

Arvadını öldürən paytaxt sakini həbs edilib

11:11 11-02-2023 | icon 728
Arvadını öldürən paytaxt sakini həbs edilib

Fevralın 11-də saat 07 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1968-ci təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda münaqişə zəminində kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, araşdırmalarla cinayət əməlini törədən qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Aydın Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.