logo

Moldova prezidenti yeni baş nazirin adını açıqlayıb

21:12 10-02-2023 | icon 1799
Moldova prezidenti yeni baş nazirin adını açıqlayıb

Moldova prezidenti Maya Sandu yeni baş nazir vəzifəsinə Dorin Reçanın namizədliyini irəli sürüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Moldova prezidenti bu barədə keçirdiyi brifinqdə bəyan edib.

Sandu bildirib ki, bu mürəkkəb dövrdə Moldovanın yeni hökumətə ehtiyacı var. O vurğulayıb ki, bu dövrdə Moldova böhranla mübarizə aparmalıdır. O qeyd edib ki, yeni hökumət komandası operativ surətdə formalaşdırılacaq. Növbəti günlərdə yaxın dövr üçün gündəlik müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Moldovanın baş naziri Natalya Qavrilitsa istefa verdiyini bəyan edib.