Fevralın 9-da axşam saatlarından fevralın 10-da gündüz saatlarınadək Rusiya silahlı qüvvələri tərəfindən Ukrayna ərazisinə 71 qanadlı raket atılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
Bildirilib ki, bu raketlər arasında 43 X-101 / X-555, 28 "Kalibr", 35 S-300 kompleksinin raketləri olub. Bundan əlavə, İran istehsalı olan “Şahed” tipli 7 zərbə PUA-sından istifadə edilib.
Ukrayna Silahlı və Müdafiə qüvvələrinin digər bölmələrinin qüvvə və vasitələri düşmənin 61 qanadlı raketini və 5 pilotsuz uçuş aparatını məhv edib.
Kiyev şəhərinin meri Vitali Kliçko isə açıqlamasında raket zərbəsi nəticəsində paytaxtın enerji infrastrukturuna ziyan dəydiyini bildirib. Eyni zamanda, Kiyev səmasında 10 raket zərərsizləşdirilib. Vurulan raket qalıqları paytaxtın yaşayış binasına ziyan vurub.
Ümumilikdə Ukrayna ərazisinə edilən kütləvi raket hücumu ölkənin bir sıra iri şəhərlərinin enerji infrastrukturuna ziyan vurub.
Bu gün atılan raketlərin bəziləri Moldova üzərindən olduğundan Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.