logo

FHN-in növbəti humanitar yardım təyyarəsi Adana hava limanına enib

15:30 10-02-2023 | icon 980
FHN-in növbəti humanitar yardım təyyarəsi Adana hava limanına enib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı fevralın 10-da təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.