Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 16 min 170 nəfərə, yaralıların sayı 64 min 194 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə zəlzələ bölgəsinə səfəri zamanı bildirib. Onun sözlərinə görə, bütün dövlət qurumları, bütün türk xalqı səfərbər olunub, ölkənin hər yerindən yardımlar gəlir.
Qeyd edək ki, zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejiminin elan olunması qərarı bir qədər əvvəl Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.