Regionda baş vermiş güclü zəlzələ nəticəsində Suriyada azı 3 min 162 nəfər həyatını itirib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, Dəməşqin nəzarətində olan bölgələrdə 1262 nəfər həlak olub, 2 min 285 nəfər xəsarət alıb.
Eyni zamanda, ölkənin şimalında müxalif qüvvələrin nəzarətində olan bölgələrdə isə azı 1900 nəfərin öldüyü, 2 min 950 nəfərin yaralandığı bildirilir.
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, Bağdadda, Fələstində və Kipr adasında hiss olunub.