Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 14 min 14 nəfərə çatıb, 63 min 794 nəfər yaralanıb.
YeniAvropa xəbər verir ki, bu rəqəmləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Qaziantepdə açıqlayıb.
Türkiyə prezidenti bildirib ki, zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi bu gün Böyük Millət Məclisində səsvermədən sonra qüvvəyə minəcək.
Rəcəb Tayyib Ərdoğanın Qaziantepdən sonra Osmaniyəyə və Kilisə gedəcəyi bildirilir.
Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları gecə-gündüz tam gücü ilə davam edir. Zəlzələnin 4-cü günü dağıntılar altından onlarla insan sağ çıxarılıb. Əməliyyatlarda 53 ölkədən 6 min 150 xilasedici iştirak edir. Azərbaycandan zəlzələ bölgəsinə FHN-in 725 nəfərlik şəxsi heyəti göndərilib.