logo

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 9 mini ötüb

19:49 08-02-2023 | icon 1239
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 9 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində indiyədək 9057 nəfərin həlak olduğu, 52 min 979 nəfərin yaralandığı təsdiqlənib.

YeniAvropa xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə zəlzələ bölgəsinə səfəri zamanı Hatayda bildirib.

Türkiyə Prezidenti 60-dan çox ölkədən yardımlar gəldiyini deyib və bu sırada Azərbaycan başda olmaqla, İsrailin, Səudiyyə Ərəbistanının, Qətərin və digər ölkələrin dəstəyini xüsusi qeyd edib. Eyni zamanda, bu ağır dönəmdə çirkin kampaniyalar aparanları kəskin tənqid edib, birlik və həmrəyliyin vacibliyini vurğulayıb.

Qeyd edək ki, zəlzələdə yaralananların müalicəsi üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb.