Kişi voleybolçulardan ibarət Türkiyə milli komandasının iki üzvü zəlzələ nəticəsində həlak olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, dağıntılar altında qalan Mehmet Can Ağırbaş və Emincan Kocabaş “Malatya Böyükşəhər Bələdiyəspor”un formasını geyiniblər.
Xatırladaq ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində son məlumatlara görə, 6 min 234 nəfər həlak olub, 37 mindən çox insan yaralanıb.