logo

Zelenski Ərdoğana zəng edib

20:30 07-02-2023 | icon 1393
Zelenski Ərdoğana zəng edib

Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat paylaşıb

Söhbət zamanı Ukrayna prezidenti Türkiyənin başına gələn faciə ilə bağlı başsağlığı verib. O, Ukraynadan axtarış-xilasetmə qrupunun göndəriləcəyini deyib.

“Xilasedicilər tezliklə zərər çəkmiş rayonlara gələcəklər”, - deyə Zelenski paylaşımında bildirib.