logo

Türkiyədəki zəlzələdə iki Gürcüstan vətəndaşı həlak olub

15:35 07-02-2023 | icon 1218
Türkiyədəki zəlzələdə iki Gürcüstan vətəndaşı həlak olub

Türkiyədə baş verən zəlzələ nəticəsində iki Gürcüstan vətəndaşı həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət zonasında itkin düşmüş hesab olunan Gürcüstan vətəndaşları isə tapılıb. Onların olduqları bölgələr də müəyyən olunub.

Səfirlik təbii fəlakət zonasında olan vətəndaşların, eləcə də həlak olanların cənazələrinin Gürcüstana gətirilməsi istiqamətində fəal iş aparır.

Qeyd edək ki, Gürcüstan hökuməti də Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım edib. Türkiyəyə xilasedicilər göndərib.