Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1014 nəfərə çatıb, 7 mindən çox insan xəsarət alıb.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə AFAD sədri Yunus Sezer bildirib.
Onun sözlərinə görə, Kahramanmaraş zəlzələsindən sonra 105 afterşok qeydə alınıb, 2 min 824 bina dağılıb.
Qeyd edək ki, NATO və Avropa İttifaqının 45 ölkəsi Türkiyəyə yardım göstərməyə hazır olduğunu bildirib. Azərbaycan qardaş ölkəyə ilkin olaraq 420 nəfər xilasedici göndərib.