NATO ölkələri Türkiyəyə dəstək üçün qüvvələrini səfərbər edirlər.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq özünün "Twitter" hesabında məlumat paylaşıb.
“Müttəfiqimiz Türkiyənin yanındayıq. Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlu ilə əlaqə saxlayıram. NATO Türkiyəyə dəstək üçün hazırda qüvvələrini səfərbər edir”, – deyə Stoltenberq paylaşımında bildirib.