logo

Türkiyədəki zəlzələ Suriyada 237 nəfərin ölümünə səbəb olub

13:55 06-02-2023 | icon 1862
Türkiyədəki zəlzələ Suriyada 237 nəfərin ölümünə səbəb olub

Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində Suriyada azı 237 nəfər həlak olub.

YeniAvropa xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, zəlzələ zamanı, həmçinin 639 nəfər xəsarət alıb. Ölüm hallarının əksəriyyəti Lazkiyə, Hələb, Hama və Tartus əyalətlərində qeydə alınıb. Dəmir yollarında və körpülərdə zədələrin mümkünlüyü nəzərə alınaraq, ölkənin şimalında qatarların hərəkəti dayandırılıb.

Rəsmi Dəməşqin nəzarətində olmayan ərazilərdə dağıntılar, xəsarət alanlar və ölənlər barədə məlumat yoxdur.

Xatıladaq ki, bu gün Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, Bağdadda və Kipr adasında hiss olunub. İtaliya ölkənin cənubunda sunami təhlükəsi elan edib.