logo

Sabahdan Rusiyanın neft məhsullarının Avropa İttifaqına ixracına qadağa qoyulur

19:29 04-02-2023 | icon 1946
Sabahdan Rusiyanın neft məhsullarının Avropa İttifaqına ixracına qadağa qoyulur

Fevralın 5-də Rusiyanın neft məhsullarının dəniz yolu ilə Avropa İttifaqına tədarükünə qoyulan qadağa da qüvvəyə minəcək.

YeniAvropa xəbər verir ki, Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının mətbuat xidmətinin məlumatına görə, eyni zamanda, Avropa İttifaqı Şurası “Yeddilər qrupu” ilə birgə Rusiyadan dəniz yolu ilə tədarük olunacaq dizel yanacağına 100 dollarlıq, diskont məhsullara isə 45 dollarlıq qiymət məhdudiyyətini rəsmən təsdiqləyib.

Bildirilib ki, qiymət tavanı Qərb biznesinə və Qərbin logistik kompaniyalarının nəzarət etdiyi ərazilərdə tətbiq olunacaq. Qiymət məhdudiyyətinin tətbiqindən öncə imzalanmış müqavilələrin həyata keçirilməsi üçün fevralın 5-dən 55 günlük keçid dövrü başlayacaq..