Fevralın 4-də Ukrayna daha 116 hərbçisini Rusiya əsirliyindən geri qaytarıb. Onların arasında Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətində fəaliyyət göstərmiş snayperlər və digər döyüşçülər var.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat yayıb.
Eyni zamanda, Ukrayna həlak olmuş əcnəbi könüllülər Kristofer Metyu Perri və Endryu Tobias Metyunun da cəsədlərini geri alıb.