Rusiyanın Ukraynaya qarşı olan heç bir hücumu cavabsız qalmayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski gecə yayımlanan videomüraciətində Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən son hadisələri şərh edərkən bildirib.
Rusiya ordusunun ölkəsinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən V.Zelenski, beynəlxalq arenada Rusiyaya qarşı məhdudiyyətlərin artırılmasının vacibliyini qeyd edib.
Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsinə hücumlarını artırmağa çalışdığına işarə edən V.Zelenski, işğalçının heç bir hücum hərəkətinin cavabsız qoyulmaycağını vurğulayıb.
Sabah Kiyevdə Ukrayna-Avropa İttifaqı Sammitinin keçiriləcəyini xatırladan Ukrayna Prezidenti sammitdə ölkəsi üçün son dərəcə vacib məsələlərin müzakirə olunacağını da diqqətə çatdırıb.