Lavrov: KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək təklifinin qüvvədədir
KTMT-nin Ermənistan-Azərbaycan sərhədində missiya yerləşdirmək təklifi qüvvədədir.
YeniAvropa xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində deyib.
S.Lavrov qeyd edib ki, əgər Ermənistan maraq göstərərsə, bu missiyanı bir neçə günə orada yerləşdirmək olar.
O əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Almatı Bəyannaməsində göstərilmiş şərtlər əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalayıblar.
Nazir bildirib ki, Almatı Bəyannaməsinə əsasən yeni müstəqil ölkələr arasında sərhəd SSRİ-nin inzibati sərhədlərinə uyğun müəyyənləşir.
Qarabağ Sovet İttifaqı dövründə də Azərbaycan SSRİ-nin tərkibində olub.