Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 23 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, sutka ərzində bu infeksiyadan ölüm halı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 827 min 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 min 590 nəfər müalicə olunaraq sağalıb, 10 min 81 nəfər vəfat edib. Aktiv xəstə sayı 232 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1418, bu günə qədər isə ümumilikdə 7 milyon 484 min 660 test icra olunub.