logo

İsveçin NATO-ya üzvlük prosesi dayandırılıb

20:20 28-01-2023 | icon 3157
İsveçin NATO-ya üzvlük prosesi dayandırılıb

İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesinin müvəqqəti dayandırılması ilə bağlı açıqlama verib.

 YeniAvropa  “CNN Türk”ə istinadla xəbər verir ki, T.Billström paytaxt Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra bu qənaətə gəlib.

Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar NATO-ya üzvlük prosesi hələki dayandırılır.

İsveçli nazir əlavə edib ki, bu ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində ölkəsinin bu təşkilata tamhüquqlu üzv olmasına ümid bəsləyir.