logo

Fransa XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

13:33 28-01-2023 | icon 931
Fransa XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Fransa Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayır.

YeniAvropa xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin(XİN) yaydığı kommünikedə bildirilir.

Kommünikedə qeyd edilib ki, Fransa Tehranda Azərbaycan səfirliyinə bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən hücumu qınayır. Həlak olmuş əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verir.

Bildirilib ki, səfirliyə və diplomatlara qarşı hücum qəbuledilməzdir.

İran hökumətini öz ərazilərində olan səfirlikləri və diplomatları qorumaq məsuliyyətini yerinə yetirməyə və bu hücumu aydınlaşdırmağa çağırıb.