Fevralın 14-15-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bldirilib ki, toplantıya NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.
İclasdan bir gün əvvəl - fevralın 13-də baş katib mətbuat konfransı keçirəcək.
Bundan başqa, fevralın 14-də NATO-nun qərargahında ABŞ-ın təşəbbüsü ilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun ayrıca iclası keçiriləcək.