TƏBİB Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edəcək
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin( TƏBİB) icraçı direktoru Vüqar Qurbanov ölkəmizdə səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Avropa regionu üzrə direktoru Rana Karadşeh ilə görüşüb.
TƏBİB-dən YeniAvropa-ya bildirilib ki, görüşdə icraçı direktorunun müavinləri Araz Nəsirov və Anar İsrafilov, aidiyyəti struktur bölmələrin rəhbərləri, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri və Azərbaycandakı daimi nümayəndəsi iştirak edib.
Görüşün məqsədi TƏBİB və BMK arasında əməkdaşlığın inkişaf perspektivləri ərafında fikir mübadiləsi aparmaq, səhiyyə sektoruna özəl investisiyaların cəlb edilməsi məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində məsləhətləşmələr aparmaq olub.
Müzakirələr zamanı diaqnostika, radiologiya və dializ üzrə layihələrin icra olunması, bu istiqamətdə özəl sektora sərmayə yatırımı, dövlət sektoruna isə texniki dəstək göstərilməsi ətrafında təkliflər səsləndirilib. Əsas istiqamət kimi dializ sahəsində dövlət-özəl sektor tərəfdaşlığı üzrə layihənin hazırlanması müzakirə olunub.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu”nun imzalandığını vurğulayaraq, bu qanunun dövlət xidmətlərinin göstərilməsi, müvafiq infrastrukturun yaradılması və idarəedilməsinə dair dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyətini tənzimləyəcəyini bildirib. İcraçı direktor TƏBİB-in də fəaliyyət istiqaməti üzrə bu müstəvidə əməkdaşlığa hazır olduğunu, beynəlxalq və yerli layihələri dəstəklədiyini qeyd edib.
O, Beynəlxalq Maliyyə Korporasiyası ilə laborator, diaqnostik və reabilitasiya xidmətləri sahəsində də əməkdaşlıq istiqamətlərinin nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.
Beynəlxalq Maliyyə Korporasiyasının Avropa regionu üzrə direktoru Rana Karadşeh Azərbaycanın 1995-ci ildən Korporasiyaya üzv olduğunu, həmin vaxtdan maliyyə, infrastruktur, neft-qaz, ticarət kimi sahələrdə 56 layihəyə 800 milyon dollardan artıq vəsait ayrıldığını qeyd edib. O, səhiyyə sahəsində də özəl sektorun inkişafını təşviq etmək üçün bir sıra məsləhət xidmətləri və maliyyələşmə üzrə əməkdaşlıq edilə biləcəyini vurğulayıb. Rana Karadşeh bildirib ki, TƏBİB universal tibbi xidmətlərin göstərilməsi sahəsində korporasiya üçün etibarlı tərəfdaşdır.
Sonda birgə layihənin texniki detallarının hazırlanması prosesinə başlanılması qərara alınıb.
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb
DİM sentyabrın 8-dəki buraxılış imtahanların nəticələrini açıqlayıb
İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Bakı metrosu payız-qış mövsümünə keçir
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
"Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib
Sabah Bakıda 30° isti olacaq,bəzi bölgələrdə yağış və qar yağacaq
Azərbaycan Rusiyayanın əsas kənd təsərrüfatı məhsulları ixracatçısıdır
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək
Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır
Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar