Almaniya kansleri Olaf Şolts Ukraynaya yerli istehsal olan “Leopard 2” tanklarının göndərilməsinə razılıq verib.
YeniAvropa “Spiegel”ə istinadən xəbər verir ki, bir neçə aylıq müzakirələrdən sonra kansler Şolts Ukraynaya döyüş tankları göndərilməsinə razı olub. Nəşrin yazdığına görə, ilk mərhələdə ən azı 14 “Leopard 2A6” tankı göndəriləcək.
Skandinaviya ölkələrindən olan digər müttəfiqlər də Ukraynanı “Leopard 2” tankları ilə təmin etmək istəyir. Bunun üçün isə Almaniya hökumətinin icazəsi lazımdır.